“Qarabağ”dan Əfran İsmayılov qərarı

"Qarabağ" daha bir futbolçusu ilə müqaviləni artırıb.
 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Qara Qarayevin ardından Əfran İsmayılovla da yeni müqavilə imzalayıb.

Bir illik sözləşməyə qol çəkən milli komandamızın üzvü bununla bağlı klubun saytına fikirlərini bildirib: "Qarabağ" mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha iki il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir".

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan 28 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində 36 oyun keçirib və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right