Qara Qarayev daha 2 il “Qarabağ”da!

Növbəti mövsüm transfer çalışmalarını davam etdirən "Qarabağ" bir futbolçuyla müqavilə yeniləyib.  

Newsport.az-ın məlumatına görə, Ağdam klubu yetirməsi və millimizin üzvü Qara Qarayevlə yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən yarımmüdafiəçi daha iki il "atlılar"ın formasını geyinəcək.

Təcrübəli yarımmüdafiəçi yeni müqavilə haqda fikirlərini belə izah edib: "Daha iki il "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Qara 2008-ci ildən "Qarabağ"da çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right