"Qarabağ"da növbəti ayrılıq!

"Qarabağ"dan ayrılan növbəti futbolçunun adına aydınlıq gəlib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, komandanın hücumçusu Vüqar Nadirovla yollar ayrılıb. 

Ağdam klubu Nadirova komandada göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Vüqar Nadirov bu mövsüm "Qarabağ"da əsas heyətə düşməkdə çətinlik çəkirdi.

Əlavə edək ki, serbiyalı qolkiper Boyan Şaranov da "Qarabağ"dan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right