"Stadiona rəhbərlik məsuliyyətimi daha da artırıb" - Hüseyn Cəbrayıloğlu

"Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğluna yeni vəzifə verilib.
 
Tanınmış jurnalist, eyni zamanda "Palmalı" şirkətlər qrupunda fəaliyyətini davam etdirən Hüseyn bəy bundan sonra "Xəzər Lənkəran"ın stadionunun direktoru kimi çalışacaq. Bu üzdən ona bəzi suallarımız olduğu üçün fikirlərini öyrənməyi qərara aldıq.
 
Newsport.az-ın məlumatına görəCəbrayıloğlu bunları söylədi:
 
- Əvvəlcə yeni işinizlə bağlı düşüncələrinizi bölüşərdiz. Necə oldu? Təklif kim tərəfindən gəldi?
 
- Açığı təyinat barədə heç bir bilgim, hətta gözləntim belə yox idi. Klub prezidenti Lənkərana səfəri zamanı şirkətə məxsus zavodda geniş tərkibdə iclas keçirdi və qərarını açıqladı. Təqribən ilyarım əvvəl mənə şirkətə məxsus otelə rəhbərlik təklif edilsə də, "yox" demək imkanım olmuşdu. Çünki heç bir zaman özümü görmədiyim işin altına girmək düşüncəm olmayıb. Stadion isə mənə yad məkan deyil. Burda Sovet dövründə "Xəzər"in matçlarında topdaşıyan olmuşam, "Xəzər Lənkəran"ın güclü fanatı kimi tribunada yerimi almışam. Daha sonra jurnalist qismində media lojada yerimi tutmuşam. Klubda çalışmağa başladıqdan sonra da stadion iş yerim olub.
 
- Stadionla bağlı hansı yenilikləri görəcəyik? Hansı ideyalarınız var?
 
- Stadion hər şeydən əvvəl əzəmətini saxlamalıdı. Paytaxtdan kənarda stadion həmin şəhər üçün ən əhəmiyyətli obyektlərin başında gəlir. İdeya olaraq həm də geniş imkanlara malik idman kompleksidi. Həm idmana dəstək, həm də qazanc olaraq maddi anlamda büdcəni formalaşdırıb, həlli vacib problemlərizi həyata keçirə bilərik. Kənardan pul gözləmək prinsipi unudulmalıdı. Məsələn hovuzumuzdan ötən yay yeniyetmə nəsil istifadə etdi və üzgüçülüyün sirlərini öyrəndi. Lənkəranda ikinci belə hovuz yoxdu. Burada mənim övladlarım da üzməyi öyrəndilər. Hansı ki, indi dənizdə üzərkən onlara insanlarin heyrətli baxışı valideyn kimi məni məmnun edir. Deməli, mənim kimi nə qədər valideyn eyni hissi yaşayır. Bütün dünyada stadionlar bu tip yollarla büdcəsini formalaşdırır. Genis ərazimiz və ideyalar da yetərincə var.
 
- Ümumiyyətlə, stadionun son durumu necədi? Futbol olmasa da meydançaya qulluq edilirmi? Qazon hansı durumdadı?
 
-  Hazırda sizinlə danışan zaman qazon sulanır. Ot üzrə mütəxəssisimiz oz sahəsi ilə bağlı müntəzəm kurs keçmiş biridi. Qazona lazımi diqqət göstərilir və bu bizim ən birinci, ana vəzifəmizdi.
 
- Bu o anlama gəlir ki, XL-in qayıtması ilə bağlı artıq klubdaxili işlərə başlanılıb?
 
- Bunu deyə bilmərəm, amma az da olsa hiss edilir. Yəni, dəyişikliklər olacaq.
 
- Komandanın böyük futbola qayıtması ehtimalı necədi? Son yeniliklər nədi bununla bağlı?
 
- Gəlin baxın Lənkəranda insanlar futbolu necə gözləyir. Uşaqdan böyüyə hamını bu sual düşündürür. Amma bir az əvvələ, yəni son çıxış etdiyimiz ilə baxaq. "Xəzər Lənkəran" var idimi? Vardı, ancaq bizi güclə premyer-liqadan çıxardılar. Ramil Diniyev özü futbolçu olub. Nə qədər zəif olsa da, elə penalti verilməzdi. Bu, bir tapşırıq idi. O da icra etdi. Avropada zəfər qazananlar autsayderə gülməli formada məğlub oldu. Tapşırıq idimi? Bəli, tapşırıq idi. İndi deyirlər qayıdın. Qardaş, niyə? Nə və ən əsas kimlər dəyişib? Dolu tribunalı stadion görmək istəyən qurum rəhbərləri bizim başımıza bu oyunu gətirməzdi. Biz gözləyirdik ədalətli futbol prinsiplərinə dayanıqlı çempionat olsun və gəlib oynayaq. 
 
- Mövsüm bitib. Yeni mövsümdən, klubun qayıtması ilə bağlı AFFA tərəfindən müraciət olubmu heç sizə?
 
- AFFA da iş çoxdu. Düşünmürəm bizə ayırmağa vaxtları var. Onların həqiqətən işi çoxdu. 6 komandaya sponsorluq etmək asan deyil. Bəlkə də buna görə bizə ayırmağa vaxtları yoxdu, deyə bilmərəm. 
 
- Hazırda 3 vəzifədə çalışırsız. Həm "Plamalı", həm də klubun mətbuat katibi, son olaraq stadion direktoru vəzifəsində. Yəni, hər üç işlə eyni anda məşğul olmaq çətin deyil?
 
- Ümumi olaraq şirkətin Azərbaycandaki media işlərinə mən cavabdeh idim. Bura klubla yanaşı digər müəssisələr də daxildi. Elə də ağır qrafiki olmayan, amma çox məsuliyyətli və çətin işdi. İndi stadiona rəhbərlik sadəcə, məsuliyyətimi daha da artırıb, fiziki cəhətdən çətin deyil. Açıq desəm, təki zəmin yaransın, klub qayıtsın və mən də yenə avtobusda oz yerimi alım. Bu, dunyanin ən gözəl və ən dadlı işidi. İnanin, mənim bundan böyük gözləntim yoxdur. İndi bu işi həvalə ediblərsə, köməyimi əsirgəməmək və etimadı doğrultmaq əsas vəzifəmdi.
 
Sport7.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right