Rəşad Sadıqov "Qarabağ"ı çempion etdi FOTOLAR

U-19 Liqasında XXXI turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət "Qarabağ" "Qəbələ"ylə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksində keçirilən qarşılaşmada Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun çalışdırdığı U-19 komandası sona iki tur qalmış qızıl medalları təmin edib. Belə ki, "Qarabağ" xal hesabını 84-ə çatdırıb və ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal fərqiylə qabaqlayıb.

Bununla da “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

 

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right