“Məşqçi kimi çempionluq daha üstündür” – Rəşad Sadıqov

"Çox sevincliyəm. Məşqçi kimi çempionluğu yaşadım. Bu, mənim üçün fərqli, xoş hislərdir".

Newsport.az-ın məlumatına görə, bu sözləri Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov klubun saytına deyib.

Onun komandası dünən “Qəbələ” üzərindəki qələbədən sonra sona 3 tur qalmış çempionu adını təmin edib.

O, çempionluğun asan olmadığını bildirib: "“Neftçi”, “Qəbələ”, “Zirə” kimi güclü rəqiblərimiz var idi. İlk turdan sona qədər gərgin mübarizə getdi. Yaxşı nəticə əldə edə bildik. Futbolçularıma təşəkkür edirəm, ilk gündən sona qədər vuruşdular, inandılar".

R.Sadıqov ona etimad göstərdiklərinə görə, klub rəhbərliyinə təşəkkürünü bildirib: "İstər U-12, istərsə U-13 və istərsə də U-19 komandasında olsun, bir yerdə “Qarabağ” adı varsa, bu, böyük məsuliyyətdir. Yalnız birinci olmalısan deyə bir şey yoxdur, amma olduqda da adama xoş təsir bağışlayır".

“Qarabağ”ın kapitanı Sadıqov məşqçi kimi qazandığı uğuru daha üstün sayıb: “Futbolçu kimi çempionluq yaşayanda bu qədər sevincli olmamışdım. Məşqçi işi daha çətin və həyəcanlıdır. Çünki özün meydançada ola bilmirsən, kənardan izləmək, gedişata təsir etmək daha çox çətindir. Daha məsuliyyətli olmalısan ki, meydanda onun bəhrəsini görə biləsən”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right