“Qarabağ”da yeni müqavilə

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”da yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu millimizin üzvü Əfran İsmayılovla yeni müqavilə imzalayıb. Əldə etdiyimiz məlumata görə, artıq tərəflər arasında razılıq əldə olunub. Yarımmüdafiəçi ilə 1 illik saziş imzalanıb.

Qeyd edək ki, son çempionda Miçel Madera, Ansi Aqoli, Muarem Muarem, Qara Qarayev və İlqar Qurbanovun da müqaviləsi başa çatmaq üzrədir. Bu futbolçuların da yeni müqaviləyə imzalayacağı şübhə doğurmur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right