Samir Əliyev rəsmən "Səbail"də RƏSMİ

Bu gün "Səbail"in Müşahidə Şurasının iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, "Səbail"in ev oyunlarını keçirdiyi və ofisinin yerləşdiyi Bayıl stadionu IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sıx qrafiklə çalışdığı üçün iclasın AFFA-nın inzibati binasında təşkil olunması ilə əlaqədar müraciət AFFA tərəfindən müsbət cavablandırııb.

Birinci Divizionda ikinci yeri tutmaqla Premyer Liqaya vəsiqə qazanan klubun gələcək fəaliyyətinin müzakirə olunduğu iclasda baş məşqçinin də kimliyinə aydınlıq gətirilib. Bir neçə mütəxəssisin namizədliyi nəzərdən keçirilib və Müşahidə Şurası Samir Əliyevlə müqavilə bağlanması barədə qərar qəbul edib. S.Əliyevin anlaşması 3 illik müddəti əhatə edir.

İclasa dəvət olunan gənc mütəxəssis göstərilən etimada görə minnətdarlığını bildirib, klubun uğurlu nəticələrə nail olması üçün bilik və bacarığını əsirgəməyəcəyini deyib.

Buna qədər "Səbail"iın baş məşqçisi vəzifəsində çalışmış Elman Sultanovun klubun əvəzedici komandasında eyni vəzifəsini icra etməsi ilə bağlı qərar qəbul edilib.Bu gün "Səbail"in Müşahidə Şurasının iclası keçirilib.

Futbol11.az xəbər verir ki, "Səbail"in ev oyunlarını keçirdiyi və ofisinin yerləşdiyi Bayıl stadionu IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sıx qrafiklə çalışdığı üçün iclasın AFFA-nın inzibati binasında təşkil olunması ilə əlaqədar müraciət AFFA tərəfindən müsbət cavablandırııb.

Birinci Divizionda ikinci yeri tutmaqla Premyer Liqaya vəsiqə qazanan klubun gələcək fəaliyyətinin müzakirə olunduğu iclasda baş məşqçinin də kimliyinə aydınlıq gətirilib. Bir neçə mütəxəssisin namizədliyi nəzərdən keçirilib və Müşahidə Şurası Samir Əliyevlə müqavilə bağlanması barədə qərar qəbul edib. S.Əliyevin anlaşması 3 illik müddəti əhatə edir.

İclasa dəvət olunan gənc mütəxəssis göstərilən etimada görə minnətdarlığını bildirib, klubun uğurlu nəticələrə nail olması üçün bilik və bacarığını əsirgəməyəcəyini deyib.

Buna qədər "Səbail"iın baş məşqçisi vəzifəsində çalışmış Elman Sultanovun klubun əvəzedici komandasında eyni vəzifəsini icra etməsi ilə bağlı qərar qəbul edilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right