"Kəpəz"dən ilk transfer

“Kəpəz” klubu ilk transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, “sarı-göylər”  “Sumqayıt”dan ayrılan Kamran Abdullazadəni rənglərinə bağlayıb. Yarımmüdafiəçi Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

22 yaşlı futbolçu cari mövsümdə "Gənclik şəhəri" təmsilçisinin heyətində 12 oyun keçirib.

Qeyd edək ki, Abdullazadə “Xəzər Lənkəran”ın yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right