Roman Qriqorçuk daha 1 il "Qəbələ"də

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”də baş məşqçi Roman Qriqorçukun taleyinə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” təcrübəli çalışdırıcı ilə əməkdaşlığı davam etdirəcəklər. Tərəflər arasında yeni müqavilə imzalanacağı gözlənilir. Müqavilənin müddəti qarşıdakı mövsümü əhatə edəcək.

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ildən “Qəbələ”də çalışır. Əyalət təmsilçisinin onun rəhbərliyi altında 2 dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right