"Qarabağ" yeni mövsümdən meydana ulduzlu formalarla çıxacaq

"Qarabağ" 2017-2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq.
 
Newsport.az-ın məlumatına görə, bu barədə klubun baş direktoru Emrah Çelikel bildirib. E.Çelikelin sözlərinə görə, "Qarabağ" 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.
 
Qeyd edək ki, hazırda Azərbaycanın "Kəpəz" və "İnter" klubları meydana çempionluq sayı qədər - müvafiq olaraq, 3 və 2 ulduzlu forma ilə çıxırlar. "Neftçi" isə 8 dəfə çempion olduğu halda, tək ulduzlu forma geyinir ("Report").

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right