"Sector 11" arenaya buraxılmadı FOTO

“Hər zaman olduğu kimi bu dəfə də milli komandamıza dəstək üçün stadionun qarşısında toplaşmışdıq.

Newsport.az xəbər verir ki, baraban və bannerlərimiz də həmişəki kimi yanımızda idi. Hər zaman millimizi dəstəkləmək üçün stadionda oluruq. Əgər xatırlayırsınızsa, 17 yaşadək futbolçuların Avropa çempionatında da milli komandamızın yanında idik. Amma orada probem yaranmamışdı. Bu dəfə isə dedilər ki, baraban olmaz, banner olmaz. Olmaz deməklərini anladıq, yəqin ki, kimsə tapşırıb ki, barabanla girməyə icazə yoxdu. Amma o sözü elə kəskin formada dedilər ki, sanki stadiona aidiyyatı olmayan bir şey gətirmişik. Çox sərt şəkildə etiraz etdilər. Güya barabanın stadiona aidiyyatı yoxdur”.

O, məsələ ilə  bağlı AFFA-ya məlumat verdiklərini bildirdi:

“Bu barədə AFFA-ya müraciət etmişik. Onlara bildirdik ki, komandamızı dəstəkləməyə gəlsək də, bizi içəri buraxmırlar. Bu, stadiondur da, voleybol və ya basketbol yarışı deyil ki, qapalı arena olsun, içəridə barabansız da dəstəkləyə biləsən. Açıq arenalarda barabanın olması mütləqdir ki, həm güclü dəstək ola biləsən, həm də ətrafdakı insanlarda maraq yaradasan, komandanı dəstəkləmələrinə təkan verəsən. Dediyim kimi, AFFA-ya bildirmişik. Bilmirəm onlar bu barədə nə ölçü götürəcəklər.  Kömək etsələr, yaxşı olar. Biz də milli komandamıza dəstək olarıq”.

Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədova da sual ünvanladıq. O, saytımıza açıqlamasında məsələ ilə bağlı protokol şöbəsinə müraciət etiklərini dedi:

"Sözün düzü, bunu biz də eşitdik və oyunun protokol şöbəsinə fikrimizi bildirdik. Çünki onlar məsuliyyət daşıyırlar. Yəqin ki, gələcəkdə nəzərə alarlar. Baraban futbola mane ola bilməz. Amma bu məsələ barədə də İslamiadanın Əməliyyat Komitəsinə müraciət etməyiniz yaxşı olardı. Ola bilsin həmin azarkeşlər biletsiz gəliblər. Əgər biletləri olubsa, nəyə görə belə etdiklərini bilmirəm".

İlkin İsmayılzadə

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right