Yaşar Vahabzadə: "Heç-heçəni ədalətli sayıram"

"Komanda uduzmadı, 1 xal qazandı. Müəyyən çatışmamazlıqlarımız vardı. Çünki bəzi oyunçularımız kubokdan yorğun qayıtmışdılar. Ancaq yenə də futbolçularımız yaxşı çıxış etdilər".
Newsport.az-ın məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsi çərçivəsində Kamerun yığması ilə 0:0 heç-heçədən sonra deyib.

57 yaşlı mütəxəssis bildirib ki, əsas məqsəd qrupdan çıxmaqdır. Onun sözlərinə görə, bu cür turnirlərdə ilk matçda uduzmamaq böyük önəm kəsb edir.

Azərbaycan millisi ilə birgə A qrupunda yer alan Mərakəş yığmasının da oyununu bəyəndiyini söyləyən Y.Vahabzadə, qarşıdakı oyunlarda lazım olan xalları toplamağa çalışacaqlarını vurğulayıb.

"Düzdür, rəqibin də qol vurmaq imkanları vardı. Lakin heç-heçə ədalətli nəticədir. Bizim əsas məqsədimiz qrupdan çıxmaqdır. Mərakeş ilk oyunda qalib gəlsə də, bizim yenə məqsədimiz qrupdan çıxmaqdır. Mərakeşin oyunu da mənim çox xoşuma gəldi. Əvvəl deyilirdi ki, bura gəlmək istəmirlər, komanda yığılmır. Amma deyəsən, bu, yalan imiş". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right