Azər Əliyevdən yığmamızla bağlı Açıqlama

“Nəticədən razıyam. Millimiz bu gün Kameruna qarşı layiqli oynadı. Unutmaq olmaz ki, Kamerun güclü komandadır, yarışın favoritlərdən biridir. Məncə bugünkü nəticədən razı olmalıyıq”.

Newsport.az-ın məlumatına görə, jurnalistlərə müsahibəsində bu sözləri Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev Bakıda keçirilən IV İslam Oyunlarında keçirilən Azərbaycan - Kamerun (0:0) görüşü barədə danışarkən deyib.

A. Əliyev millimizin qrupdan çıxacağına inandığını bildirib: “Komandamız güclü qrupda yer alıb. Kamerun və Mərakeş çətin rəqiblərdir. Qrupdakı ilk 2 yer uğrunda Azərbaycan yığması məhz bu komandalarla mübarizə aparacaq. Düşünürəm ki, yığmamız ilk 2 yerdən birini tutmaqla yarımfinala adlayacaq”.

Azər Əliyev İslam Oyunlarında Ağır Atletika millimizin üzvlərini də gərgin mübarizənin gözlədiyini vurğulayıb: “Ağır atletikada da idmançılarımızın yaxşı çıxış edəcəyinə inanıram. Güclü rəqabət olacaq. Qazaxıstan, Türkiyə, İran idmançıları əsas rəqiblərimizdir”.

Ölkə başçısı İlham Əliyevin bacısı oğlu olan Azər Əliyev maraqlandığı idman növləri haqda da danışıb: "Təkcə futbol və ağır atletika ilə maraqlanmıram. Mən cüdo, taekvondo, karate, güləşlə də maraqlanıram. Onlar başlayanda həmin yarışlara da baxmağa gedəcəyəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right