Rauf Əliyev: "Milliyə çağırılmamağıma özüm də səbəb tapa bilmirəm"

“Milliyə çağırılmamağa artıq öyrəşmişəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in hücumçusu Rauf Əliyev deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay Şimali İrlandiya ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb. Baş məşqçi Robert Prosineçkinin dəvət göndərdiyi 26 futbolçunun sırasında Rauf Əliyevin adı yoxdu. 11 qolla Azərbaycan Premyer Liqasının son mövsümünün iki bombardirindən biri olmuş Raufun millidən kənarda qalması birmənalı qarşılanmayıb.  
Bununla bağlı danışan 28 yaşlı hücumçu milliyə çağırılmamağına səbəb tapa bilmir: “Çempionatda lazımi səviyyədə iştirak etdim. Amma buna dəyər verilmədi. Nə edə bilərəm? Hər şey göz qabağındadı. Yığmaya çağırılan futbolçular haqda fikir bildirmək istəmirəm. Çünki onlara həmişə hörmətlə yanaşmışam. Amma mənim çağırılmamağıma özüm də səbəb tapa bilmirəm”.
Əliyev qeyd edib ki, yığmaya dəvət almamağı onun üçün həm gözlənilən, həm də gözlənilməz olub: “Dəvət almadığım üçün kimləsə danışmaq, dava, qırğın etmək fikrində deyiləm. Belə xasiyyətim yoxdu. Mən özümü meydançada sübut edirəm. Əslində, yığmadan kənarda qalmağım mənim üçün həm gözlənilən, həm də gözlənilməz oldu. Ona görə gözlənilən oldu ki, artıq neçənci dəfədi eyni halla üzləşirəm. Gözlənilməz isə ona görədi ki, çempionatda ən çox qol vuran futbolçulardan biri oldum, buna rəğmən, çağırılmadım”.
Qeyd edək ki, millidə bu vaxta qədər 45 oyun keçirmiş Rauf Əliyev 7 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right