Yaşar Vahabzadə və oyunçuları jurnalistə hücum çəkdi

Bir az sonra start götürəcək Azərbaycan(U-23) - Kamerun (u-23) yığma komandaları arasındakı oyundan öncə xoşagəlməz hal yaşanıb.

Newsport.az xəbər verir ki, oyunqabağı məşq zamanı yığma komandamızın futbolçusu Azad Kərimov və Elnur Cəfərov saytımızın redaktoru Mərdan Həsənova hücum çəkiblər. Belə ki, məşq zamanı Kərimovun topa vurduğu zərbə komputerə xəsər yetirib. Daha sonra futbolçuların topla vurduğu zərbə "Həftə İçi" qəzetinin müxbiri Tural Mustafayevə də dəyib. Futbolçular bu azmış kimi, hələ Mərdan Həsənovu söhbətə də çağıraraq, ona hədə-qorxu gəliblər. Məşqi yarımçıq tərk edən Azad Kərimov saytımızın redaktoruna çöldə hücum çəkib. Baş məşqçi Yaşar Vahabzadə isə futbolçusunu sakitləşdirmək əvəzinə jurnalistin üzərinə şığıyaraq hədə-qorxu etməkdən çəkinməyib. Sonda isə Vahabzadə üzün Mərdan Həsənova tutaraq "səninlə harada istəsən görüşəcəm, söhbətimi edəcəm" deyərək hədə-qorxu gəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right