“Qəbələ” son mövsümdə: 31 futbolçu, 48 qol, ilk “gümüş” STATİSTİKA

Azərbaycan Premyer Liqasının 2016-2017-ci illər mövsümü başa çatıb.

 

2016-cı il avqustun 6-da start götürüb, bu il aprelin 29-da yekun vurulan çempionatda “Qəbələ” ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. “Qırmızı-qaralar” tarixində ilk dəfə çempionatın gümüş medallarına yiyələnib. 267 gün davam edən çempionat Roman Qriqorçukun yetirmələrinin 2-ci yer tutması ilə nəticələnib.

 

Newsport.az “Qəbələ”nin saytına istinadən gümüş mükafatla başa çatan mövsümün statistik göstəricilərini təqdim edir.

 

Futbolçular

 

- Azərbaycan Premyer Liqasının 2016-2017-cı illər mövsümündə 31 futbolçu “Qəbələ”nin şərəfini qoruyub.

- 12 oyunçu “Qəbələ” formasında ilk çempionat matçını cari mövsümdə keçirib. Premyer Liqadakı debütantlar: Filip Ozobiç, Ruslan Qurbanov, Tellur Mütəllimov, Teo Uiks, Baqali Dabo, Nika Kvekveskiri, Araz Abdullayev, Rasim Ramaldanov, Petar Franyiç, Ülvi İbazadə, Fərid Nəbiyev və Ramil Hasanovdu.

- Premyer Liqanın başa çatan mövsümündə “Qəbələ”nin heyətində ən çox oyun keçirən Dmitri Bezotosnı və Filip Ozobiçdi. Onlar sonuncu – 28-ci turdan başqa bütün oyunlarda iştirak edib - 27 oyun. Vojislav Stankoviç 23 matçda meydana çıxıb. 
- İştirak etdiyi oyunları əvəzolunmadan keçirən Dmitri Bezotosnı meydanda hamıdan çox - 2430 dəqiqə olub.
- Ümumilikdə 13 futbolçu oyunların ən azı yarısından çoxunda - minimum 15 qarşılaşmada meydana çıxıb.
- 5 futbolçu isə cəmi 1 oyunda iştirak edib. Bunlar David Pietrzkieviç, Ülvi İbazadə, Fərid Nəbiyev, Sadiq Quliyev və Ramil Hasanovdu.
- 31 futbolçudan 2-si qapıçıdı: Dmitri Bezotosnı və David Pietrzkieviç. Sonuncu 1, Bezotosnı isə 27 qarşılaşmada meydana çıxıb.
- Digər 29 futbolçu isə sahə oyunçularıdı.
- “Qəbələ”nin şərəfini qorumuş oyunçuların 18-i yerli, 13-ü legioner statusu daşıyır. 
- 13 legioner isə 10 ölkəni təmsil edir. Ukrayna, Braziliya, Xorvatiya 2, Serbiya, Polşa, Estoniya, Liberiya, Fransa, Gürcüstan və İsveçrə isə 1 legionerlə təmsil olunub.

 

Futbolçu/ oyun/ dəqiqə/ qol/ sarı/ qırmızı

 

Dmitri Bezotosnı 27 2430 -19 0 0
Filip Ozobiç 27 2275 11 3 0
Vojislav Stankoviç 23 2040 0 7 0
Rəşad Sadiqov 21 1423 0 4 0
Məhəmməd Mirzəbəyov 21 1401 0 0 0
Sergey Zenyov 21 1363 6 1 0
Ruslan Qurbanov 21 1329 4 4 0
Ürfan Abbasov 20 1634 0 7 0
Asif Məmmədov 20 1463 2 3 0
Tellur Mütəllimov 17 1370 4 3 0
Cavid Hüseynov 16 1007 0 1 0
Teo Uiks 16 976 2 3 0
Baqali Dabo 16 882 7 0 0
Vitali Vernidub 14 1123 2 1 0
Nika Kvekveskiri 14 1092 0 3 1
Elvin Camalov 13 882 0 3 0
Daniel Subotiç 11 701 3 4 0
Rikardinyo 10 842 1 2 0
Rafael Santos 9 690 0 4 0
Araz Abdullayev 9 585 0 1 0
Rəşad Eyyubov 8 537 2 0 0
Rasim Ramaldanov 6 452 0 1 1
Roman Hüseynov 6 270 1 0 0
Murad Musayev 4 270 0 0 0
Petar Franyiç 4 205 0 1 0
Qismət Alıyev 3 137 0 1 0
David Pietrzkieviç 1 90 -2 0 0
Ülvi İbazadə 1 90 0 0 0
Fərid Nəbiyev 1 45 0 0 0
Sadiq Quliyev 1 28 0 0 1
Ramil Hasanov 1 19 0 0 0

 

Qollar

 

- Bu oyunçulardan 12-si qol sevinci yaşayıb. Komandanın ən məhsuldar futbolçusu Filip Ozobiçdi. O, 11 qol vurub. 
- Ozobiç “Qəbələ”nin tarixinə Azərbaycan çempionatının ən yaxşı bombardiri adını qazanan ilk futbolçu kimi düşüb. Xorvatiyalı, “İnter”in futbolçusu Rauf Əliyevlə birlikdə Premyer Liqada ən çox qol vuran oyunçu olub.
- Baqali Dabo 7, Sergey Zenyov 6, Ruslan Qurbanovla Tellur Mütəllimov hərəyə 4, Daniel Subotiç 3, Vitali Vernidub, Rəşad Eyyubov, Asif Məmmədov, Teo Uiks hərəyə 2, Rikardinyo və Roman Hüseynov hərəyə 1 dəfə fərqləniblər.
- 8 futbolçu “Qəbələ”nin heyətində Azərbaycan çempionatında ilk qolunu arxada qalan mövsümdə vurub. Bunlar Filip Ozobiç, Ruslan Qurbanov, Tellur Mütəllimov, Teo Uiks, Baqali Dabo, Vitali Vernidub, Rikardinyo və Roman Hüseynovdu.
- Daha 3 qol isə avtoqol sayəsində gerçəkləşib. Jairo Rodriges (“Neftçi”), Renan Silva (“Kəpəz”) və Adrian Skarlatake (“İnter”) “Qəbələ” ilə qarşılaşmalarda öz qapısına qol vurublar.
- “Qəbələ”nin oyunçuları isə çempionat matçlarında avtoqola üzülməyiblər.

 

Penaltilər

 

- “Qəbələ”nin lehinə 4 penalti təyin edilib. Bu zərbələrin 3-ü qolla nəticələnib. 
- 2 dəfə 11 metrlik nöqtəyə yaxınlaşan Filip Ozobiç hər iki halda dəqiq olub. Ruslan Qurbanov da yeganə imkanı qola çevirib. Nika Kvekveskiri isə penaltidən fərqlənməyi bacarmayıb.
- “Qəbələ”nin qapısına təyin edilən 3 penaltidən hər üçü dəqiq olub. Dmitri Bezotosnı 3 dəfə 11 metrlik nöqtədən qol buraxıb.

 

Vərəqələr

 

- “Qəbələ” mövsüm ərzində ümumilikdə 64 vərəqə alıb. Bunlardan 61-i sarı, 3-ü qırmızıdı. 
- Meydandan kənarlaşdırılanlardan Sadiq Quliyevlə Rasim Ramaldanov ikinci sarı vərəqə üzündən qırmızı vərəqə alıblar. Nika Kvekveskiri isə birbaşa qırmızı vərəqə ilə cəzalanıb.
- 31 futbolçudan 21-i mövsüm ərzində vərəqə alıb. Ürfan Abbasov və Vojislav Stankoviç hamıdan çox - hərəyə 7 sarı vərəqə görüb.
- 10 futbolçu Premyer Liqa ərzində cəzalanmayıb. Onlar arasında ən çox oyun keçirən Dmitri Bezotosnıdı. O, 27 matçda cəzasız qalıb. Sahə oyunçularından Məhəmməd Mirzəbəyov 21 görüşü cəzalanmadan keçirib.

 

Seriyalar

 

- Ən uzun qələbə seriyası - 5 oyun (3-7-ci oyunlar). 
- Ən uzun qələbəsiz seriya - 5 oyun (22-26-cı oyunlar).
- Ən uzun heç-heçə seriyası - 3 oyun (23-25-ci oyunlar)
- Ən uzun heç-heçəsiz oyunlar seriyası - 5 oyun (3-7-ci oyunlar). 
- Ən uzun məğlubiyyət seriyası - “Qəbələ” ardıcıl 2 oyun uduzmayıb.
- Ən uzun məğlubiyyətsiz seriya - 12 oyun (1-12-ci oyunlar). 
- Ən uzun qollu seriya - 10 oyun (12-21-ci oyunlar). 
- Ən uzun qol vurmamaq seriyası - 2 oyun (25-26-ci oyunlar).
- Ən uzun quru seriya - 7 oyun (1-7-ci oyunlar).
- Mövsümün ilk 7 oyununda qapısını toxunulmaz saxlayan Dmitri Bezotosnı çempionatın rekorduna imza atıb. Yalnız 8-ci turun “İnter”lə görüşünün 48-ci dəqiqəsində Ağabala Ramazanovun qoluna məyus olan ukraynalı startda 677 quru dəqiqə keçirib.
- Ötən mövsümün son iki matçında da qapısında top görməyən Bezotosnının seriyası ümumilikdə 915 dəqiqə sürüb. 2015/16 mövsümünün 34-cü turunun mayın 11-də “Qarabağ”a qarşı keçirilən görüşünün 32-ci dəqiqəsində Dani Kintananın qoluna məyus olan Dmitrinin 915 dəqiqəlik seriyası “Qəbələ”nin tarixində 2-ci, Azərbaycan çempionatları tarixində 7-ci nəticədi. O, “Qəbələ”nin heyətində yalnız 952 dəqiqəlik seriyaya malik Pavel Doroşevdən geri qalıb.
- Dmitri Bezotosnı mövsümdə 14 quru oyun keçirib. Bununla da ukraynalı çempionatın rekordçusu olub.
- Ən uzun ardıcıl qol buraxmaq seriyası - 3 oyun (8-10-cu, 12-14-cü, 22-24-cü, 26-28-ci oyunlar).

 

Tamaşaçı

 

- “Qəbələ” ev oyunlarından 1-ni “Dalğa Arena”, 13-nü Qəbələ şəhər stadionunda keçirib.
- “Qəbələ”nin 14 ev oyununu ümumilikdə 19700 tamaşaçı izləyib.
- Ən çox tamaşaçı “Qarabağ”la fevralın 19-da keçirilən oyunda qeydə alınıb - 4500.
- Ən az tamaşaçı isə ötən il avqustun 8-də Bakıda “Kəpəz”ə qarşı keçirilən ev matçına təsadüf edib - 300.
- Çempionatdakı ev oyunlarında orta tamaşaçı sayı 1407-yə bərabər olub.
- “Qəbələ”nin səfər oyunlarını 40130 tamaşaçı izləyib. 
- Bu qarşılaşmalarda orta tamaşaçı sayı 2866-dı.

 

Faktlar və rekordlar

 

- Komandanın ən yaşlı futbolçusu Dmitri Bezotosnı olub. Ukraynalı 34 yaş 3 ay 9 günlüyündə meydana çıxıb. 
- Komandanın ən gənc futbolçusu isə Fərid Nəbiyevdi. O, 17 yaş 9 ay 8 günlüyündə çempionatda debüt edib. 
- Ümumilikdə mövsümün sonunadək 31 futbolçudan 6-sı 30 yaş həddini aşıb.
- Rikardinyo 32 yaş 7 ay 14 günlüyündə qol vurub. O, komandanın mövsüm üçün ən yaşlı qolçusu olub. 
- Ən gənc qolçu isə Roman Hüseynovdu. O, 18 yaş 8 ay 24 günlüyündə fərqlənib. 
- Komandanın fərdi qol seriyası Filip Ozobiçə məxsusdu. O, ardıcıl 3 turda qol sevinci yaşayıb. Aleksey 12-14-cü və 17-19-cu matçları qolsuz tərk etməyib. Xorvatiyalı ilk seriyada 3, ikincidə 4 qola sevinib.
- Çempionat ərzində “Qəbələ”ni meydana 6 kapitan çıxarıb: Rəşad Sadiqov - 13, Cavid Hüseynov - 8, Asif Məmmədov - 3, Dmitri Bezotosnı - 2, Ürfan Abbasov, Rafael Santos - 1.
- “Qəbələ”nin oyunlarında 10 hesab variantı qeydə alınıb. 2:0-a daha çox - 8 dəfə təsadüf olunub. 1:1 hesabı 5, 1:0, 2:1 və 0:0 hərəsi 3, 2:2 iki, 3:0, 4:1, 4:3 və 8:0 bir dəfə qeydə alınıb.
- “Qəbələ”nin oyunlarını 9 hakim idarə edib: Əliyar Ağayev, İnqilab Məmmədov - 5, Fariz Yusifov, Rəhim Həsənov - 4, Ömər Paşayev, Rauf Cabbarov - 3, Rəvan Həmzəzadə - 2, Elvin Əsgərov, Orxan Məmmədov - 1.
- Çempionatda qeydə alınan yeganə het-trik “qırmızı-qaralar”ın hesabındadı. Ötən il sentyabrın 10-da “Neftçi” ilə səfər oyununda Baqali Dabo üç qola imza atıb.
- “Qəbələ” mövsüm ərzində 5 dubla imza atıb. Filip Ozobiç, Sergey Zenyov, Ruslan Qurbanov, Teo Uiks, Baqali Dabo hərəsi 1 dəfə fərqlənib.
- “Qəbələ” 3 dəfə böyük hesabla qalib gəlib. Komanda səfərdə “Neftçi”ni 8:0, evdə AZAL-ı 3:0, “Neftçi”ni 4:1 hesabı ilə məğlub edib.
- “Qırmızı-qaralar”ın sentyabrın 10-da “Neftçi” üzərində qazandığı qələbə mövsümün ən böyükhesablı nəticəsi olub. Bu matç həm də klub tarixində Premyer Liqadakı ən böyük fərqli qələbə kimi yadda qalıb. 
- “Qəbələ” Premyer Liqada hamıdan çox - 28 oyuna 48 qol vurub. “Qırmızı-qaralar”ın orta məhsuldarlığı 1,71 olub. 
- “Qəbələ” vurulan qol sayında 2013/14 mövsümündəki nəticəsini - klub tarixinin rekordunu təkrarlayıb.
- 21 qol buraxan komanda hər matçda orta hesabla 0,75 topa üzülüb.
- “Qəbələ” ən çox heç-heçə edən (10) və ən az məğlubiyyət alan (4) komanda adına şərikdi. Komanda sülhsevərlikdə “İnter”, yenilməzlikdə “Qarabağ”la eyni göstəriciyə imza atıb.
- 2016/17 mövsümü “Qəbələ”nin tarixində ən az - 4 məğlubiyyətin alındığı çempionatdı.
- “Qəbələ” Premyer Liqanı evdə uduzmayan yeganə komanda kimi başa vurub. Öz meydanında 11 qələbə qazanıb, 3 heç-heçə edən “qırmızı-qaralar” 36 xalla ən yaxşı ev komandası adını qazanıb. Hamıdan çox - 27 top vuran komanda 7 top buraxıb.
- Evdə qazanılan qələbə (11) və xal (36) sayında klub tarixinin rekordu qeydə alınıb. “Qəbələ” ilk dəfə mövsüm ərzində öz meydanında uduzmayıb. Vurulan (27) və buraxılan (7) qollarda klub tarixinin rekordu təkrarlanıb.
- Səfərdə 3 qələbə qazanıb, 7 heç-heçə edib, 4 dəfə uduzan, 21 top vurub, 14-nü buraxan “Qəbələ” rəqib meydanlarında 16 xal toplayıb.

 

“Qəbələ”nin Azərbaycan Premyer Liqasında bütün oyunları

 

08.08.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
12.08.2016. Qəbələ - İnter (Bakı) - 0:0
10.09.2016. Neftçi (Bakı) - Qəbələ - 0:8
19.09.2016. Qəbələ - AZAL (Bakı) - 3:0
22.09.2016. Qəbələ - Sumqayıt - 2:0
25.09.2016. Zirə - Qəbələ - 0:2
02.10.2016. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
15.10.2016. İnter (Bakı) - Qəbələ - 1:1
25.10.2016. Sumqayıt - Qəbələ - 2:2
29.10.2016. Qəbələ - Neftçi (Bakı) - 4:1
06.11.2016. AZAL (Bakı) - Qəbələ - 0:0
19.11.2016. Qəbələ - Zirə (Bakı) - 1:0
29.11.2016. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
17.12.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:1
28.01.2017. Qəbələ - Sumqayıt - 1:1
03.02.2017. Qəbələ - Neftçi (Bakı) - 1:0
08.02.2017. Qəbələ - AZAL (Bakı) - 2:0
12.02.2017. Zirə - Qəbələ - 2:2
19.02.2017. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
28.02.2017. Kəpəz (Gəncə) - Qəbələ - 1:1
04.03.2017. İnter (Bakı) - Qəbələ - 0:2
14.03.2017. Neftçi (Bakı) - Qəbələ - 1:0
19.03.2017. AZAL (Bakı) - Qəbələ - 1:1
02.04.2017. Qəbələ - Zirə (Bakı) - 1:1
09.04.2017. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
16.04.2017. Kəpəz (Gəncə) - Qəbələ - 2:0
24.04.2017. Qəbələ - İnter (Bakı) - 4:3
29.04.2017. Sumqayıt - Qəbələ - 2:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right