AS qəzeti növbəti dəfə "Qarabağ"dan yazdı

İspaniya və dünyanın məşhur idman qəzeti olan AS Azərbaycan kubokunun "Qarabağ"la "Qəbələ" arasında keçirlən final qarşılaşması haqda yazı dərc edib.
Newsport.az-ın məlumatına görə, ispaniyalı həmkarlarımız "Qarabağ"ın 2:0 hesabı ilə qalib gəldikləri oyunda ağdamlıların qarşılaşmaya nəzarət etdiklərini vurğulayıblar:

"Qarabağ" oyuna tam nəzarət etdi. İlk hissədə qol vurmaqda çətinlik çəksələr də, fasilədən sonra Mahir Mədətov səhnəyə çıxdı. Ürfan Abbasovun avtoqolundan sonra isə artıq "Qarabağ"ın qalib olacağına şübhə qalmamışdı. Bununla da "Qarabağ" mövsümü ölkə çempionluğu və kuboku ilə tamamladı". 

AS qəzetində Ağdam klubunda çıxış edən ispan futbolçular Dani Kintana və Miçel, həmçinin fiziki hazırlıq üzrə məşqçi olan Ruben Sellesin də uğurundan yazıblar.

 

AS qəzeti "Qarabağ"ın ölkə çempionluğundan da yazmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right