"Qəbələ"nin futbolçusu "Sumqayıt"ın hədəfində

"Sumqayıt" transfer fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubovla maraqlanır.

"Kimyaçılar" 25 yaşlı futbolçu ilə danışıqlara start verib.

Qeyd edək ki, "Sumqayıt" "Kəpəz"dən Tural Axundovu, AZAL-dan Kamal Mirzəyevi, "Neftçi"dən isə Cavid İmamverdiyevi transfer edib.

Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Rail Məlikov və Fərhad Vəliyevlə müqavilə uzadılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right