Millimizin üzvü "Sumqayıt"da

"Sumqayıt" 2016/2017 mövsümü üçün növbəti transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi son olaraq, AZAL-da çıxış etmiş Kamal Mirzəyevi heyətinə qatıb. 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Kamal klub olaraq AZAL-la "Qəbələ"də çıxış edib və Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right