"Qarabağ" bizim tək rəqibimiz idi" - Tale Heydərov

"Gözlədiyimizin minimumunu əldə elədik: həm çempionatda, həm də kubokda. Lakin ümumilikdə mövsümü normal dəyərləndirmək olar. Məqsəd çempion olmaq idi. Bu dəfə alınmadı, gələn dəfə çalışacağıq..."

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun prezidenti Tale Heydərov deyib.

Kubokun finalında "Qarabağ"a yenilgi barədə danışan Heydərov, qələbə qazana bilməmələrində "Qarabağ"ın stabil oyun sərgiləməsi faktorunu önə çəkib:

"Qarabağ"ın peşəkarlığı, stabil oyun göstərməsi həm çempionatda, həm də kubokda bizim qələbə qazanmağımıza mane oldu. "Qarabağ" bizim tək rəqibimiz idi. Çempionluq yarışında və kubokda rəqabət bu iki komanda arasında gedirdi. "Qarabağ"ın özü bizə mane oldu. Əlbəttə ki, səhvlərimiz oldu. Lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi oyunlarda xallar itirdik".

T.Heydərov sonda Roman Qriqorçukun gələcək tleyi ilə bağlı verilən sualı belə cavablandırıb:

"Biz bununla bağlı danışmamışıq və bu yaxında görüş olacaq, qərar veriləcək".

Klub başçısı komandanın büdcəsində eniş ola biləcəyini bildirib:

"Klubun büdcəsində artım olmayacaq. Hətta ola bilsin ki, büdcədə eniş ola bilsin. Az-çox eyni büdcə ilə davam etmək niyyətindəyik. Yeni transferlər olacaq".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right