Roman Qriqorçuk: "Qarabağ" bu amilə görə bizi üstələdi"

Bu gün Naxçıvan şəhər stadionunda Azərbaycan Kubokunun final mərhələsi çərçivəsində  “Qarabağ” – “Qəbələ” matçı keçirilib.

Newsport.az-ın məlumatına görə, matç “Qarabağ”ın 2:0 hesablı qələbəsilə başa çatıb. Oyundan sonra “Qəbələ”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

- “Qarabağ” rəhbərlətini, futbolçularını yenidən təbrik edirəm. Hər şey qanunauyğun idi. Onlar haqlı qələbə qazandılar.

- Tellur Mütəllimovun zədəsi matç üçün həlledici rol oynadı?

- Bu sualı cavablandırmaq üçün bu situasiyanı yenidən yaşamaq lazımdı. Düşünmürəm ki, bu amil təsir etdi. Təbii ki, bu bizim üçün mənfi idi. Ancaq nəyin necə olacağını heç kim bilmir.

- Komandanın oyunu tam alınmadı. Problem nədədi sizcə, fiziki yorğunluq?

- Fiziki yorğunluğu deməzdim. Düşünürəm ki, qələbə əzmi, ehtirası yox idi. 

- “Qəbələ” “Qarabağ”dan nədə geridə qalır?

- Bütün mövsümün analizini edə bilmərik. Mən sadəcə oyunda nələrin çatışmadıqlarını dedim. Hal-hazırda bu haqda danışmaq zamanı deyil.

- Meydan amili oyuna təsir etdimi?

- Mən oyundan başqa amildən danışmaq istəmirəm. Çünki rəqiblə eyni şərtlər altında idik. Hər vəziyyətdən çıxış yolu tapmaq lazımdı. “Qarabağ” bu amilə görə bizi üstələdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right