Tahir Gözəl: "Bir neçə oyunçu ilə danışıqlar gedir"

"Çox gərgin oyun oldu. Hesab 2-0 olduqdan sonra bir az rahatladıq. Ancaq hesaba baxmayaraq komanda sürətli ötürmələri ilə diqqət çəkirdi. Çox gözəl oyun oldu. Elə bilin ki,öz evmizdə oynayırdıq və buradakı azarkeşlərdən möhtəşəm dəstək gördük".

Newsport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.

Klub rəsmisi kubokun finalından sonra verdiyi açıqlamada yeni transferlərin ola biləcəyini də bildirib:

"Bir neçə oyunçularla danışıqlar gedir.Ancaq ortaq məxrəcə gəlməmişik. Biz Qurban Qurbanova hər cür şərait yaratmışıq. Klubun büdcəsi də yetəri qədərdi. O, kimi desə biz "hə" deyərik".

Qeyd edək ki, kubokun finalında "Qarabağ" "Qəbələ"ni iki cavabsız qolla məğlub edib - 2:0.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right