"Qarabağ"dan rekord göstərici

"Qarabağ" Azərbaycan futbolunda yeni tarix yazıb.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bunu Azərbaycan kubokunun finalında bu gün "Qəbələ"yə qalib gəlməklə (2:0) gerçəkləşdirib.

Ardıcıl 3-cü il "qızıl dubl" edən Qurban Qurbanovun komandası bu göstəricidə rekorda imza atıb. 

Quran Qurbanovun komandası həm ardıcıl 3-cü dəfə kubok qazanan, həm üç mövsüm “qızıl dubl” edən ilk Azərbaycan komandası olub.

Xatırladaq ki, "Qarabağ" həm də son 4 mövsümdür ölkə çempionu olur.

Ümumilikdə, “Qarabağ” bugünkü nəticə ilə 6-cı dəfə Azərbaycan kubokuna sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right