Bu gün Azərbaycan kubokunun finalında "Qəbələ" "Qarabağ"la qarşılaşır.
Newsport.az-ın məlumatına görə, hazırda davam edən matçda "Qəbələ" ciddi itki ilə üzləşib. Görüşün 27-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Rəşad Sadıqovla toqquşan "Qəbələ"li Tellur Mütəllimov dizindən zədələnib.
Oyunu davam etdirə bilməyən futbolçu Roman Hüseynovla əvəzlənib.
Əyalət klubunun baş məşqçisi Roman Qriqorçuk R.Hüseynovla birlikdə Məhəmməd Mirzəbəyovu da meydana buraxıb. O, Teo Uiksi əvəzləyib.