“Heç bir kubok çempionluğun yerini verməz” - Roman Qriqorçuk

Sabah Azərbaycan Kubokunun finalında “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi

- Final matçına komandanız tam hazırdır?

- Heyət tam olaraq hazırdır. Çalışırıq ki, əhvalımızı yaxşı tutaq. Psixoloji olaraq da hər şey yolundadır. Çünki bu matç bizim üçün vacibdir. 

- Premyer Liqada birinciliyi “Qarabağ” qazandı. Kubokda qalib gəlməklə çempionluq üzüntüsünü unutdurmağı düşünürsünüz? 

- Heç bir kubok çempion olmağın yerini verə bilməz. Uuzn marafonda birincilik istənilən kubokdan üstündür. Buna baxmayaraq biz istəyirik ki, Azərbaycan kubokunu qazanaq. Əhəmiyyətsiz saymaq istəmirik. Meydanda əlimizdən gələni edəcəyik. 

- “Qəbələ” ilə Avropa Liqasında tarix yazmısız. Daxili turnirlərdə də bu klubun tarixinə düşmək bu matçın önəmini sizin üçün daha da artırır?

- Daxili çempionatda da pis oynamamışıq. Deməzdim ki, heç nə əldə etmədik. Elə gümüş medallar da “Qəbələ” üçün tarixi nəticə idi. Digər tərəfdən bütün matçlar, bütün kuboklar önəmlidir. Ayıra bilmərik.

- Heyət baxımından çətinlikləriniz var?

- Heyətdə heç bir çətinlik yoxdur. Hamımız oyuna köklənmişik. Bütün fikirləri başımızdan atıb sadəcə finalı düşünürük. İstəyirik ki, tam şəkildə motivasiya olub kuboku “Qəbələ”yə gətirək. 

- Daniel Subotiçin oynamayacağı deyilir...

- Düzdür, Daniel Subotiç zədəlidir. Vitali Vernidub da matçda olmayacaq. Amma bütün bunlar əhval-ruhiyyəmizi pozmamalıdır. 

- Stadionla tanış olmusunuz. Ot örtüyü öz oyununuzu göstərməyə nə dərəcədə mane olacaq?

- Stadionla tanış olmamışam. Çünki indi məşq edəcəyik. Hazırda buradayam. 

- Heyətdən gedəcək futbolçuları müəyyənləşdirmisiniz, yoxsa finalı gözləyirsiz?

- Hər şeyə finadan sonra aydınlıq gələcək. Çünki bu dəqiqəəsas hədəf kuboku qazanmaqdır. Finaldan sonra bunlar barədə qərar verəcəyik. 

- Teo Uiksin artıq “Qəbələ”dən gedəcəyi deyilir. Bu tam dəqiqləşib?

- Yox, doğru deyil. Onun haqqında da qərarı sonra verəcəyik. 

- Bezotosnı ilə yeni müqavilə bağladığınız doğrudur? Çünki Ukrayna mətbuatı bunu yazıb...

- Yox, onunla heç bir müqavilə imzalamamışıq. Çünki heyətlə bağlı qərarları sonra verəcəm.

Qafqazinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right