"Qarabağ"dan ardıcıl 3-cü "qızıl dubl"! YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan kubokunun final matçı keçiriləcək. 
 
Newsport.az-ın məlumatına görə, Naxçıvanda baş tutacaq həlledici oyunda "Qarabağ” və "Qəbələ” komandaları üz-üzə gələcək.
Cari mövsümdə Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsi aparan əyalət təmsilçilərinin çəkişməsində üstün tərəf Ağdam klubu oldu. Ardıcıl 4-cü dəfə birinci olan "köhlən atlar” indi də "qızıl dubl” arzusundadırlar. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna müvəffəq olacağı təqdirdə, ardıcıl 3-cü, ümumilkdə 6-cı dəfə Azərbaycan kubokunu muzeyinə aparacaq.
 
5 may

Azərbaycan kuboku

Final
 
16:00.“Qarabağ” – “Qəbələ” - 2:0 
Qol:
 Mahir Mədətov, 52, Ürfan Abbasov, 62-avtoqol
Naxçıvan. Şəhər stadionu 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right