"Neftçi" "Qarabağ"ın oyunçusunu transfer etmək istəyir

Aktiv şəkildə transfer çalışmalarına başlayan “Neftçi”nin siyahısında “Qarabağ”ın oyunçusu var. 

Newsport.az-ın məlumatına görə, Elxan Abdullayev “Qarabağ”ın cinah müdafiəçisi İlqar Qurbanovu sərəncamında görmək istəyir.

İlqar Qurbanov Premyer Liqada ən yaxşı cinah müdafiəçilərindən olsa da, “Qarabağ”da millinin üzvü Maksim Medvedevlə rəqabət üzündən tez-tez ehtiyat oyunçular skamyasında əyləşmək məcburiyyətində qalır. Onun “Qarabağ”la müqaviləsi artıq sona çatır. Buna baxmayaraq, Qurbanov hələ də “Neftçi”nin təklifinə cavab verməyib.

Qeyd edək ki, İlqar Qurbanov bu mövsüm çempionatda 16 oyunda meydana çıxıb və 1 qol vurub.

 

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right