"Kəpəz"dən gedənlərin sayı 5-ə çatdı

“Kəpəz”də növbəti ayrılıq reallaşıb.

Newsport.az-ın əldə etdiyi məlumata görə, Dario Federiko, Tadas Simaitis, Tural Axundov və Nicat Qurbanovun ardından daha iki futbolçunun Gəncə klubunun sıralarını tərk etdiyi dəqiqləşib.

Əldə etdiyimiz məlumata görə, Tural Qürbətovla Eyyub Əliyev də "sarı-göylər"dən ayrılıb.

Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm "Xəzər Lənkəran"dan ayrılaraq "Kəpəz"ə keçmişdi. Qürbətov Gəncə klubunda 17 oyuna 1 qol vurub.

Eyyub Əliyev isə iki mövsümdür ki, "Kəpəz"də çıxış edirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right