"Qəbələ"nin zədəlisi qayıtdı: Finalda oynayacaq?

"Qəbələ" kubokun final matçına hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalan Vitali Vernidub zədəsini sağaldıb. Ukrayndalı müdafiəçi fərdi məşqlərə start verib.

Vernidubun kubokun final matçında iştirakı gözlənilmir.

Qeyd edək ki, ölkə kubokunun final matçı mayın 5-də Naxçıvanda baş tutacaq. Həlledici qarşılaşmada "Qarabağ" və "Qəbələ" üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right