"Qarabağ" CAR millisinin daha bir üzvünü transfer edir

Ardıcıl 4-cü dəfə çempion olan "Qarabağ" klubunun transfer etmək istədiyi futbolçulardan birinin adına aydınlıq gəlib.

Newsport.az saytının məlumatına görəAğdam klubu Türkiyənin "Gənclərbirliyi" klubunda forma geyinən Tokelo Rantieni heyətinə qatmaq istəyir.

Hazırda bu keçidin reallaşdırılması barədə danışıqlar davam edir. Ağdam klubunun ba. məşqçisi Qurban Qurbanovun razılıq verəcəyi təqdirdə Cənubi Afrika Respublikası millisinin hücumçusu komanda ilə müqavilə imzalayacaq.

Milli komandada "Qarabağ"ın hücumçusu Dino Ndlovu ilə komanda yoldaşı olan Tokelo karyerası ərzində "Malmö" və "Bornmut" kimi komandalarda da forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right