Öncə “Qəbələ”, sonra “Qarabağ”

"Qarabağ” və "Qəbələ” klublarının Azərbaycan kubokunun final görüşü üçün Naxçıvana yola düşəcəkləri tarixlər müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Qəbələ təmsilçisi mayın 3-də 17:45 reysi ilə Muxtar Respublikaya uçacaq. Ağdamlılar isə ertəsi gün saat 12:50-də Naxçıvana istiqamət götürəcəklər.

Hər iki komanda "Duzdağ” otelində məskunlaşacaq.

Qeyd edək ki, mayın 5-də keçiriləcək final matçı saat 16:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right