Klublarımızın avrokuboklardakı oyunlarının təqvimi müəyyənləşdi

Azərbaycanı avrokuboklarda “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” təmsil edəcək. Premyer Liqanın qalibi olan “Qarabağ” Çempionlar Liqasında, digər klublarımız isə Avropa Liqasında çıxış edəcəklər. Ağdam klubu ÇL-də II təsnifat mərhələsindən başlayacaq.  “Qəbələ”, “İnter” və “Zirə” Avropa Liqasında I təsnifat mərhələsindən start verəcəklər.

Newsport.az-ın məlumatına görə, klublarımızın rəqibləri iyunun 19-da məlum olacaq. Həmin gün Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması keçiriləcək.

 

UEFA Çempionlar Liqasının 2017/18 mövsümünün təqvimi:

 

19 iyun: I və II təsnifat mərhələlərinin püşkatması 
27–28 iyun: I təsnifat mərhələsi, ilk oyunlar
04–05 iyul: I təsnifat mərhələsi, cavab oyunları 
11–12 iyul:  II təsnifat mərhələsi, ilk oyunlar
14 iyul: III təsnifat mərhələsinin püşkatması 
18–19 iyul: II təsnifat mərhələsi, cavab oyunları
25–26 iyul: III təsnifat mərhələsi, ilk oyunlar
01–02 avqust: III təsnifat mərhələsi, cavab oyunları
4 avqust: “Play-off”mərhələsinin püşkatması
15–16 avqust: “Play off” mərhələsi, ilk oyunlar
22–23 avqust: “Play off” mərhələsi, cavab oyunları
24 avqust: Qrup mərhələsinin püşkatması

Qrup mərhələsinin matçları sentyabr-dekabr aylarında olacaq.

 

UEFA Avropa Liqasının 2017/18 mövsümünün təqvimi:


19 iyun: I və II təsnifat mərhələlərinin püşkatması
29 iyun: I təsnifat mərhələsi, ilk oyunlar
6 iyul: I təsnifat mərhələsi, cavab oyunları

13 iyul: II təsnifat mərhələsi, ilk oyunlar

14 iyul: III təsnifat mərhələsinin püşkatması

20 iyul: II təsnifat mərhələsi, cavab oyunları

27 iyul: III təsnifat mərhələsi, ilk oyunlar

3 avqust: III təsnifat mərhələsi, cavab oyunları

4 avqust: "Play off" mərhələsinin püşkatması

17 avqust: "play off" mərhələsi, ilk oyunlar

24 avqust: "play off" mərhələsi, cavab oyunları
25 avqust: Avropa Liqasının qrup mərhələsinin püşkatması

Qrup matçları sentyabr-dekabraylarında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right