Qurbanov irəlilədi, Qriqroçuk gerilədi

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan da iki məşqçi - “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı yer alıb.

Ötən cədvəldə 465-cü pillədə olan Qurban Qurbanov mövqeyini yaxşılaşdırıb. O, 23 pillə irəliləyərək aktivindəki 1361 xalla 442-cü yerdə qərarlaşıb.

Qriqorçuk isə 3 pillə geriləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 658-cidir.
 
Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16873 xal var. 2-ci yerdə 14216 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 12994 xalla 3-cüdür. “Yuventus”un baş məşqçisi Massimilyano Alleqri 11811 xalla 4-cü, “Monako”non “sükanı arxasında” olan Leonardo Jardim isə 10724 xalla 5-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right