"Kəpəz" hamıdan güclü oldu

Azərbaycan Premyer Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub.

 

Newsport.az xəbər verir ki, çempionatın sonuncu IV dövrəsində 28 oyun keçirilib. Bu qarşılaşmalarda 64 qol vurulub. Finişin ən güclüsü “Kəpəz” olub. Qərblilər son 7 oyunda 6 qələbə qazanıb və yalnız ölkə çempionu “Qarabağ”a uduzub. 18 xal toplayan Şahin Diniyevin yetirmələri son dövrədə çempionu da arxada qoyub. Qurban Qurbanovun yetirmələri uduzmadığı dövrəni 17 xalla tamamlayıb. Çempionatın digər iki mükafatçısı “İnter”lə “Qəbələ” isə son bölümü uğursuz keçirib. Bu da onların mükafatı xeyli öncədən təmin etməsi, bundan sonra nəticələrinin yaxşı olmaması ilə bağlıdır. Çempionatın autsayderi AZAL dövrənin də ən zəif komandası olub.
 
1    Kəpəz    7    6    0    1    10-3    18
2    Qarabağ    7    5    2    0    10-3    17
3    Sumqayıt    7    3    1    3    8-7    10
4    Zirə    7    2    4    1    9-4    10
5    Neftçi    7    3    0    4    8-10    9
6    İnter    7    2    1    4    8-12    7
7    Qəbələ    7    1    3    3    7-10    6
8    AZAL    7    0    1    6    4-15    1

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right