Elxan Məmmədov Prosineçkinin xaricdən təklif aldığını təsdiqlədi

"Yaxşı məşqçilərə hər zaman təkliflər gəlir. Bu, normal haldır. Lakin Robert Prosineçki çox peşəkar mütəxəssisdir. Öz müqaviləsinə hörmətlə yanaşır”.
Newsport.az-ın məlumatına görə, bunu  AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin İspaniya və Türkiyə klubalrından təklif almasına dair çıxan xəbərlərə münasibət bildirərkən deyib. 
 
E.Məmmədov bildirib ki, xorvatiyalı mütəxəssisin mövsümlərarası fasilədə xarici klublardan birinin sükanı arxasına keçmək ehtimalı yoxdur. O, təkliflərlə bağlı R.Prosineçki ilə danışdığını söyləyib: "2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi davam edir. İyunun 10-da Şimali İrlandiya ilə matçımız var. Klublardan gələn təkliflərlə bağlı Prosineçki ilə danışmışam. Qısa söhbətimiz olub. Özündən soruşdum. Dedi ki, yalnız "Bursaspor”dan deyil, digəl klublardan da təkliflər olub. Ancaq həmin təkliflərdən imtina edib”.
 
Qeyd edək ki, son günlər Robert Prosineçkini adı Türkiyənin "Bursaspor” və İspaniyanın "Valensiya” klubu ilə yanaşı çəkilib.

Report





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right