"Kəpəz" azarkeşləri ilə sağollaşdı

Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün son turu çərçivəsində keçirilən “Kəpəz” – “İnter” oyunundan sonra Gəncə klubunun üzvləri azarkeşlərlə sağollaşıb.

Newsport.az-ın məlumatına görə, futbolçular heyəti, məşqçilər korpusu və klub rəhbərliyi meydançanın mərkəzində toplaşıb. 

Komandanın baş məşqçi Şahin Diniyev, kapitan Tural Axundov, qapıçı Davud Kərimi, yarımmüdafiəçi Serjio Karneyro, klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Cabir İbrahimov mövsüm boyu hərtərəfli dəstəyə görə azarkeşlərə və şəhər rəhbərliyinə minnətdarlıq edib. Azarkeşlər gur alqışlarla və “Kəpəz, “Kəpəz” sədaları ilə komandanı tunelə yola salıblar. 

Qeyd edək ki, hissələrarası fasilədə tamaşaçılar üçün stadionda qısa konsert də təşkil olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right