“Kəpəz” artıq püxtələşib” – Şahin Diniyev

Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində reallaşan “Kəpəz” – “İnter” oyunundan sonra mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı bunları deyib:

“Oyun olduqca gərgin keçdi. Birinci hissəyə biz köklənə bilmədik. Mövsümün ən pis ilk yarısını keçirdik. Uşaqlar son oyun idi deyə arxayınlaşmışdılar. Fasilədən sonraya əvəzetmə ilə başlayıb matçın taleyini dəyişməyə çalışdıq. Mənə elə gəlir ki, “Kəpəz” artıq püxtələşib, nəticəyə oynaya biləcək bir komandaya çevrilib. Məni sevindirən müdafiədə etibarlı oyunumuzdur. Əlimizə düşən imkanlardan yalnız birindən istifadə edə bildik. İkinci hissədə bir neçə qol vura bilərdik. “İnter”in də motivasiyası böyük idi, qalib gəlmək üçün səfərə gəlmişdilər. Çempionatın son matçında da azarkeşləri sevindirmək istədik, ola bilər ki, oyun baxımından mükəmməl olmadıq. Amma nəticə qazandıq. Hardasa nəticəyə görə komanda məqsədinə çatdı, ötən mövsüm olduğu kimi beşinci yeri tutduq. Gələn mövsüm daha yaxşı çıxış etməyə çalışacağıq. Bizi daim dəstəkləyən azarkeşlərə minnətdarıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right