"Bu il alınmadı. Gələn mövsüm yaxşı olar" - Qurban Qurbanov

Qarabağ" komandasının baş məşqçi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Neftçi" üzərində 2:1 hesablı qələbəni şərh edib.

Newsport.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Futbolçularımı təbrik edirəm. Çempionatın son matçı olsa, düzgün oynamağa çalışdılar. "Neftçi"yə növbəti mövsümdə uğurlar arzu edirəm. Bu il alınmadı. Gələn mövsüm yaxşı olar.

- Komandanın hazırlıq planı bəllidirmi?

- İyun ayının 1-də Bakıda yığışacağıq. Tam heyət olmayacaq. Çünki bir çox oyunçumuz millidə olacağıq. Yəqin ki, Avstriyada toplanışa gedəcəyik.

- Formal oyun olsa da əsas heyətlə çıxmışdı komanda...

- Zədə barədə düşünməmişdim. Bizim daha çox oyun oynamağımıza ehtiyac var idi. Elə də narahat deyildik. Futbolçu zədələnə bilər. Sırf komandaya uyğunlaşmaları üçün birlikdə oynamaları lazımdır.

- Kubokun finalı haqqında nə fikirləşirsiniz? Sizcə, üstünlük kimdədir?

- Dəfələrlə demişəm ki, kubok tam fərqli turnirdi. Düşünmürəm ki, üstünlük sırf biz tərəfdədir. Hər iki komanda istəklidir. Futbolçularımı kubok oyununadək tam hazır formaya salmağa çalışacağıq.

- Neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırırsız?

- Bunu indi dəqiq demək olmaz. Çünki oraya hansı klubların gələcəyini bilmirik. 10-15gündən sonra bu barədə məlumat  olacaq.

- Abbas Hüseynovla Təmkin Xəlilzadənin “Qarabağ”a keçəcəyi deyilir...

- Sözün açığı, Abbasla maraqlanmışıq. Mövsümün sonunu gözləyirik. Təmikini isə deyə bilmərəm. Çünki bu barədə danışığımız olmayıb.

- Komandadan göndəriləcək futbolçular bəllidirmi?

- Hələ ki, bu barədə məlumat yoxdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right