"Ümumi durumumuza təəssüflənirik" - Samir Abasov

Azərbaycan Premyer Liqasının XXXVIII turunda “Sumqayıt” öz meydanın “Qəbələ”ni məğlub edib – 2:1.

Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov fikirlərini bildirib.

O, öncə oyun haqda danışıb: “Son turdu, oyun barədə nəsə demək düzgün deyil. Qələbə qazanmışıq, “Qəbələ”yə vacib oyun olsaydı, bəlkə də bu gün başqa hesab qeydə alına bilərdi. Düzdü, itirdiyimiz xallar oldu, bu gün başqa yerdə ola bilərdik. Təsəllimiz odur ki, futbolçularımız və məşqçi heyətimiz gəncdir. Ümumi durumumuza təəssüflənirik”.

- Bu günkü oyunda hansı futbolçunuz daha yaxşı çıxış etdi?

- İndi elə bir andır ki, futbolçu seçmək vaxtı deyil. Bütün futbolçuların oyunun mövsüm ərzində görmüşük. Ona görə nəsə deməkdə çətinlik çəkirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right