Roman Qriqorçuk: "11 qol hücumçu üçün çox pis göstəricidi"

Azərbaycan Premyer Liqasının XXXVIII turunda “Sumqayıt” öz meydanın “Qəbələ”ni məğlub edib – 2:1.

Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib. O, öncə oyun haqda danışıb:

- Turnir cədvəli baxımından vacib oyun deyildi. Bu gün az oynayan futbolçularımız meydanda oldu və həmin futbolçuların nəyə qadir olduğunu gördük.

- Bu gün Ozobiçi meydanda buraxsaydınız, bombardir ola bilərdi. Niyə ona bu şansı yaratmadınız?

- Biz Ozobiçə görə yox, komanda üçün oynayırıq. Digər tərəfdən, 11 qol hücumçu üçün çox pis göstəricidir. 11 qol çox gülüncdür, ona görə Ozobiçin meydanda olmasını istəmədim. Özüm üçün isə maraqlı bir statistik rəqəm çıxarmışam. Ən real, deyərdim ki, 100 faizdən də artıq istifadə etmədiyimiz qol imkanlarının sayı 142-ə bərabərdir. Elə Filip özü əldə etdiyi bu cür imkanların 1/3-dən istifadə etsəydi, bax, onda onun bombardirliyi samballı rəqəmlərlə ölçülərdi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right