Ebah: "Qol vurmağa çalışacağam"

“Təbii ki, son matçda da məqsəd qalib gəlmək, azarkeşləri sevindirməkdir. Mən üzərimə düşəni etməklə qol vurmağa çalışacağam”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Julien Ebah bu gün Gəncədə “İnter”ə qarşı keçiriləcək oyun öncəsi klubun saytına deyib.

“Son oyunlar yaxşı çıxış edirik, qələbələri sıralayırıq. Çempionatı yüksək əhval-ruhiyyədə başa vurmaq üçün bu gün qələbə qazanmalıyıq” – deyə o bildirib.

Komandanın qapıçısı Davud Kərimi də matç haqda fikirıərini bölüşüb: “Çempionatın son dövrəsini yaxşı keçirmişik. Cəmi bir oyunda uduzub qalan matçlarda qələbə qazanmışıq. Əhvalımız yaxşıdır. Çempionatda dördüncü yeri tutmaq imkanımız var, bunun üçün “İnter” ilə oyunda qələbə qazanmalıyıq. Azarkeşləri oyuna baxmağa, dəstək olmağa dəvət edirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right