"Qarabağ" və "Sumqayıt" qalib gəldi, "Zirə" Avroliqada YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq.
 
Newsport.az-ın məlumatına görə, XXVIII turun görüşləri eyni gündə baş tutacaq.
 
Artıq medalçılar bəlli olduğundan son həftə Avropa Liqasına vəsiqə verən 4-cü pillənin sahibinin və ölkə çempionatının bombardirinin müəyyənləşməsi baxımından əhəmiyyət kəsb edir.
 
"Qarabağ”, "Qəbələ” və "İnter”in ardından, "Zirə” komandası avrokuboklarda iştirak hüququ əldə etməyə yaxındır. Hazırda 36 xalla 4-cü sırada qərarlaşan qəsəbə təmsilçisinə son matçda cari çempionatda bir qələbəsi olan AZAL ilə görüşdə uduzmaması lazımdır.
 
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Şüvəlanda baş tutacaq qarşılaşmada məğlub olsa belə, arzusuna çata bilər. Çünki 33-cü xalla 5-ci olan "Kəpəz”in "İnter”lə ev oyununda böyük hesabla qələbə qazanması çox da real görünmür.
 
Bombardirlik yarışına gəlincə, burada "İnter”in hücumçusu Rauf Əliyevlə "Qəbələ”nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç arasında rəqabət gedir. Hər iki futbolçunun hesabında 11 qol olduğundan sonuncu tur böyük önəm daşıyır. Əliyev Gəncədə, Ozobiç isə Sumqayıtda qollarının sayını artırmağa çalışacaq.
 

29 aprel (şənbə)

Azərbaycan Premyer Liqası

28-ci tur

17:00. "Neftçi” – "Qarabağ” - 1:2 
Qol: 
Riçard Almeyda, 47 (0:1), Ruslan Abışov, 61-avtoqol (0:2), İqnasio Herrera,  89 (1:2)
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
"Bakcell Arena


16:00. "Kəpəz” – "İnter” - 1:0 
Qol: 
Dario Federiko, 49
Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
Gəncə şəhər stadionu

16:00. "Sumqayıt” – "Qəbələ” - 2:1 
Qol:
 Amil Yunanov, 27 (1:0), Mirabdulla Abbasov, 29 (2:0), Asif Məmmədov, 40 (2:1) 
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
Sumqayıt. Şəhər stadionu

16:00. AZAL – "Zirə” - 0:3
Qollar:
 Elvin Məmmədov, 34, Milan Duriç, 54, Təmkin Xəlizadə, 83-pen
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
"AZAL Arena”

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right