"Kəpəz" "İnter" üçün hazırlaşır

Azərbaycan Premyer Liqasının son turunda "İnter"i qəbul edəcək "Kəpəz" bu gün Gəncəyə gedib.

Newsport.az xəbər verir ki, qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” son məşqə matçın oynanılacağı arenada çıxıb.

Hazırlıq prosesi uzun sürməyib. Təxminən 45-50 dəqiqə ərzində futbolçular məşqçilər heyətinin verdiyi yüngül tapşırıqlar üzərində çalışıblar.

Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.

Qeyd edək ki, “İnter”lə oyunda Ceyhun Cavadov “Kəpəz”ə kömək edə bilməyəcək. AZAL-a qarşı görüşdə sarı vərəqə limitini dolduran yarımmüdafiəçi cəzalı duruma düşüb. Eyni səbəbdən ötən turu buraxan Vüqar Bəybalayev isə sıraya dönüb.

AZAL ilə matçda zədələnən Kərim Diniyevin durumu tam olaraq bəlli deyil. Onun oynayıb-oynamayacağına matç saatı qərar veriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right