Kapitanın müraciəti

Azərbaycan Premyer Liqasında növbəti mövsüm sona yaxınlaşır. Aprelin 29-da keçiriləcək oyunlarla cari çempionata yekun vurulacaq. “Kəpəz” Premyer Liqada son matçını Gəncədə “İnter”ə qarşı keçirəcək.

 

Newsport.az-ın məlumatına  görəoyunöncəsi “sarı-göylər”in kapitanı Tural Axundov klubun rəsmi saytı vasitəsi ilə azarkeşlərə müraciət edib:

 

“Bütün azarkeşləri bu mövsüm sonuncu dəfə “Kəpəz”ə dəstək olmağa səsləyirəm. Hər şey ola bilər, Avroliqaya vəsiqə də qazana bilərik. İndi komandanın dəstəyə daha çox ehtiyacı var. Əhval-ruhiyyəmiz yaxşıdır. Sonuncu oyunumuz evdə olduğu üçün sözsüz ki, həyacan olacaq. Çempionatı qələbə ilə başa vurmağı düşünürük. Bununla da fanatlara hədiyyə etmək istəyirik. Futbol olmayan vaxtlarda Gəncə azarkeşləri üçün çox darıxacağıq. Onlara çox öyrəşmişik. Həmişə arxamızda durublar, dəstək veriblər. Buna görə onlara minnətdarıq. Hamımız istəyərik ki, mövsüm bitməsin, azarkeşlərin önündə daha çox oynayaq. İnşallah, gələn mövsümdə komanda sayı çox olar və çempionat uzanar”.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right