AFFA rəsmisi: "Futbol adamlarının mərc oyunlarında işturakı qəti qadağandır"

Aktiv fəaliyyətdə olan futbol adamlarının idman mərc oyunlarında iştirakı qəti şəkildə qadağandı. Bu, birmənalıdı”.

Newsport.az-ın məlumatına  görəbu sözləri AFFA-nın hüquqşünası Rəmiş Malıyev apasport.az saytına açıqlamasında söyləyib.
O bildirib ki, hansısa məşqçi və ya futbolçunun xeyriyyə xarakterli kampaniyada iştirakı belə düzgün deyil: “Sualınız lap “Берегись автомобиля” filmini yadıma saldı. Orda bir nəfər maşınları oğurlayıb satır və pullarını aparıb uşaq evlərinə verir. Özünə bir qəpik də götürmür. Baxırsan ki, əməl sonda yaxşıdı, amma qanunla qadağandı. Sizin dediyiniz məsələdə də vəziyyət belədi. Yəni, bu işin xeyriyyəsi yoxdu”.
Qeyd edək ki, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Serbiyada futbol oyunlarına pul qoyuluşu edib. “Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnoz yazan xorvatiyalı mütəxəssis 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatırıb. 48 yaşlı çalışdırıcının təxminləri düz çıxsaydı, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right