“Qrupa düşmək üçün əlimdən gələni edəcəyəm” – Aqolli

“Bu, mənim Azərbaycanda dördüncü, komandamızın isə qazandığı ən çətin çempionluq oldu. Birincisi, komandada rəqabət artıb, ikincisi isə bu mövsüm “Qarabağ”da zədələr çox oldu. Buna baxmayaraq, xarakter göstərdik, klubun əsas hədəflərindən olan çempionluğu qazandıq”.

Newsport.az-ın məlumatına  görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli deyib.

Təcrübəli futbolçu qeyd edib ki, komandanın məqsədi çempionluqla yanaşı, mayın 5-də “Qəbələ”yə qarşı keçiriləcək matçda Azərbaycan kubokunu udmaqdır: “Biz indi qələbəni bayram edirik (söhbət “Qarabağ”ın qızıl medallarl almasından sonra olub – red.), tezliklə isə final matçının hazırlığına başlayacağıq. “Qəbələ” yaxşı komandadır, bu çempionatda bizim əsas rəqibimiz oldu. Bizi çətin oyun gözləyir”.

34 yaşlı futbolçu gələcək karyerası barədə də danışıb: “Məncə, bu məsələ aydındır. Fikrimcə, yaxın vaxtlarda “Qarabağ”la yeni müqavilə imzalamaq üçün danışıqlara başlayacağıq. Komandamızın qarşıdakı hədəfləri bəllidir: ölkə kubokunu udmaq və Çempionlar Liqasının qrupuna düşmək. Mən bu məqsədə çatmaq üçün komandama əlimdən gələni köməyi edəcəyəm”. 

Supersport





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right