Zaur Axundov: "Özümü "İnter"də doğrultmaqdan başqa yolum yoxdu"

“Bu, mənim üzərimə qoyulmuş böyük məsuliyyətdi. Özümü burada doğrultmaqdan başqa yolum yoxdu. Çalışacağam ki, Azərbaycan futbolunda yeri olan “İnter”i daha irəliyə aparam”.

Newsport.az-ın məlumatına görə, bu fikirləri yenicə “İnter”in Müşahidə Şurasının sədri təyin edilmiş Zaur Axundov deyib. 

O bildirib ki, Bakı klubunun beynəlxalq səviyyədə imicini qorumağa çalışacaq: “İnter” Avropa Liqasına vəsiqə qazanmış klubdu. Komandanın həm Azərbaycanda, həm də beynəlxalq səvviyyədə imici var. Onu qorumaqla yanaşı, əsas məqsəd və hədəfimiz Avropa Liqasında uğurlu nəticəyə imza atmaq olacaq”.

Axundov komandada dəyişiklik olub-olmayacağına da şərh verib: “İlk növbədə klubla tanış olmalıyam. Təməlli iş görmək üçün sıfırdan hər şeyi öyrənmək, dəqiq təhlil etmək lazımdı. Dəyişikliklərlə bağlı hər şeyi zaman göstərəcək”. (qafqazinfo.az)

Axundov Azərbaycan Futzal Federasiyasındakı fəaliyyətini də davam etdirəcəyini sözlərinə əlavə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right