Avropa çempionatında iştirak edəcək qadın güləşçilər HEYƏT

2-7 may 2017-ci il tarixdə Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. 

Newsport.az-ın məlumatına görəYarışların ilk günlərində sərbəst və qadın güləşçilər yarışacaq. 
Xəbər verdiyimiz kimi, qadın güləşi üzrə yığma komandamız hazırlıqları Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin güləşçiləri ilə birgə davam etdirir. 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Avropa çempionatına 7 güləşçi qatılacaq. Yarışda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. 

Proqrama əsasən, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq qadın güləşçilər yarışacaq. Mayın 3-də 65 və 97 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər, mayın 4-də 61 və 74 kq sərbəst, 55 və 75 kq qadın güləşçilər mübarizə aparacaq. 70 və 125 kq sərbəst, 58 və 69 kq qadın güləşçilər isə mayın 5-də qüvvələrini sınayacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right