Yaşar Vahabzadə: "Rəqiblərimiz çətin olsa da..."

"Biz Oyunlara ciddi şəkildə hazırlaşırıq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Bakı-2017"-nin rəsmi saytına açıqlamasında İslamiadada mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət futbol komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib. 

Baş məşqçi əsas məqsədinin qrup səddini keçmək olduğunu bildirib: "Azərbaycan çempionatı 29 apreldə bitəcək və mayın 1-dən biz toplanışa start verəcəyik. Əsas məqsəd təbii ki, qurpdan çıxmaqdı.  Rəqiblərimiz nə qədər çətin olsa da, qrupdan çıxmağı bacarmalıyıq". 

Qeyd edək ki, A qrupunda yer alan millimiz Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə mübarizə aparacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right